Sakinlər Abşeron Rayon Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi Mehman Səfərovdan ciddi narazılıq edir...

 Abşeron rayonunun həm Xırdalan şəhərində, həm də rayonun bir sıra kənd və qəsəbələrində abadlıq işlərinin gedişindən razılıq olsa da, təmizlik işlərinə cavabdehlərin fəaliyyətindən ciddi narazılıq var. "Təzadlar"a şikayət edən tanınmış jurnalist, Qarabağ Müharibəsi Veteranı Tahir Paşa bu sahədə olan nöqsanlardan danışdı: "Abşeron Rayon Abadlıq və Kommunal Xidmətləri İdarəsinin keçmiş sədri işdən çıxarılıb. Güman edirəm ki, icra başçısı Abdin Fərzəliyev düz də edib, çünki kommunal və təmizlik işləri sahəsində ciddi problemlər olmuşdur, bunlar hələ də qalır. Təxminən bir aya yaxındır yeni rəis Mehman Səfərov vəzifəsinin icrasına başlayıb. Lakin zibilxanaların vəziyyəti acınacaqlı həddə gəlib çatıb. MİS işçiləri deyirlər ki, təzə rəis hələ də işini qurub-quraşdıra bilmədiyindən, zibildaşıyan texnikaların işi nizamlana bilmir. Bu səbəbdən də mərkəzi yerlərdə, əhalinin sıx yaşadığı ərazilərdə zibil dizə çıxır... Ən pisi odur ki, yay gəlib, zibilxanalardan qalxan üfunət evlərə dolur, milçək, zibilxanalarda eşələnən it-pişik insanlar üçün ciddi xəstəlik və təhlükə mənbəyidir. Xahiş edirik, bu məsələni ictimailəşdirin. İnanırıq ki, bundan sonra tədbirlər görülər...".

Biz də inanırıq ki, Abşeron RİH rəhbərliyi  Rayon Abadlıq və Kommunal Xidmətləri İdarəsinin rəisi Mehman Səfərovun tərpənişinə ciddi təsir edəcək...

A.Məmmədli

zibil-1

zibil-3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA