Bu gün Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.

Tezadlar.az bildirir ki, Plenumda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna tərəflərin iştirakı ilə baxılacaq.
Azərbaycanda uzun illərdir millət vəkili statusundan gen-bol bəhrələnən, lakin bir dəfə də olsun ağzını açıb danışmayan xeyli sayda lal deputatlar var. Onların növbədənkənar seçki ilə arxivə, daha dəqiq desək, Ramiz Mehdiyevin sorğu-sualına göndərilməsi məsələsi bu gün həll edilməlidir. Azərbaycanda hamı bilir ki, PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin seçki prosesinə müdaxiləsi ilə bu lallar hələ də deputat statusunu daşımaqdadır... Artıq zaman da dəyişib, Azərbaycan da. Lallara və seçicilərinin problemlərinə kar və kor olanlara yer olmamalıdır!
A.Məmmədli
Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN