Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin olunub.

Tezadlar.az bildirir ki, bu vəzifə Cavid Hüseynova həvalə olunub. C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub. 2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı. C. Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-cidərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

İnanırıq ki, Ali Məhkəmə sistemində aparılan islahatlarda C.Hüseynovun xidmətlərinin öz payı olacaq. Çünki Azərbaycanda hüquqları pozularkən "məhkəmə karuseli"ndən keçənlər yaxşı bilir ki, Ali Məhkəmədə Ramiz Rzayevin zamanında qərarlar necə həllini tapırdı. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN