Rusiya prezidenti Vladimir Putin və suriyalı həmkarı Bəşər Əsəd Suriyadakı vəziyyəti həll etmək və Türkiyə-Suriya münasibətlərini yaxşılaşdırmaq məqsədilə danışıqlar aparmaq üçün Türkiyəyə dəvət oluna bilər.

Tezadlar.az xəbər verir ki, bu addımı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atıb.

“Biz Suriya ilə yeni prosesə (münasibətlərin normallaşdırılmasına – RED.) başlaya bilərik. Biz cənab Putin və Bəşər Əsədi dəvət edə bilərik. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər”, - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, “Suriya üçün daimi məskunlaşma mexanizmi yaratmaq lazımdır” ki, infrastrukturu dağıdılmış və mühacirətdə yaşayan ölkə “ayağa qalxsın”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN