Qalmaqallı amerikalı jurnalist Karlson Zelenski ilə müsahibəsində sensasion detalları ictimailəşdirəcəyini bəyan edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Taker Karlson özünün «X» səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə müsahibəsinin şok detallarını açıqlayacağını bildirib. Onun sözlərinə görə, nəhayət, bu ilin fevralında Putinlə müsahibədən sonra xüsusi səyləri sayəsində Zelenskini də müsahibəyə razı sala bilmişdir. Sitat: «…Açıq deyirəm, müsahibəmiz var… Mənim istəyim budur ki, amerikalılara Putinlə Zelenskinin ölkələrinin dünyadakı mövqeyini tamamilə dəyişdirən məlum  haribə haqqında çox lazımlı məlumatları çatdıra bilim. Ümid edirəm ki, bu, tezliklə baş verəcək".

 Xatırladırıq ki, bu ilin fevralında məşhur «Fox News»un sabiq aparıcısı Karlson Moskvaya gələrək Rusiya prezidenti Vladimir Putindən müsahibə götürüb. Sonra isə o, Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə götürmək istəyib. Fevralın 9-da Rusiya prezidenti Vladimir Putin Karlsona verdiyi müsahibədə “Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həllinə nail olmaq” arzusunda olduğunu bildirib. Karlson başqa bir amerikalı jurnalist Leks Fridmanın sosial platformasında Putinlə müsahibə təəssüratlarından danışıb və etiraf edib ki, Kreml ukraynalıları nasist adlandırmaqla onları məhv etməyə çalışır. Sitat: "Düşünürəm ki, bu, indiyə qədər eşitdiyim ən axmaq söz idi…", -Karlston yazır.

Maraqlıdır ki, Zelenski Karlstona müsahibəsində Rusiya və Putin haqqında nələr danışıb?

Müsahibənin tezliklə yayınlanacağı bildirilir.

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN