"ATƏT-in qətnaməsində bir sıra anlaşılmaz qeydlər var ki, bu, çox təəssüfləndirici və üzücüdür".

Tezdlar.az Gürcüstan mediasına istinadla xatırladır ki, bu sözləri Baş nazir İrakli Kobaxidze ATƏT-in qətnaməsi ilə bağlı jurnalistlərin sualına cavabında deyib. Onun sözlərinə görə, ATƏT-in qətnaməsi ilə bağlı fakt çox üzücüdür: "Bu qətnamədə bir sıra anlaşılmaz qeydlər var, bu, çox təəssüfləndirici, çox üzücüdür, baxmayaraq ki, hazırkı vəziyyət belədir və mən bu barədə dərinə varmaq istəmirəm", - deyə Baş nazir bildirib. Məlumat üçün bildirək ki, ATƏT Parlament Assambleyası Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan narahatlığını bildirib. ATƏT-in qəbul etdiyi qətnamədə qeyd olunub ki, Gürcüstanın hazırkı hökumətinin antidemokratik qanunvericilik və siyasət həyata keçirməsi ölkənin kövrək demokratiyasına və gürcü xalqının Avroatlantik seçiminə xələl gətirir. Bundan əlavə, ATƏT Parlament Assambleyası Rusiyanı öz silahlı qüvvələrini Gürcüstanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa çağırıb.

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN