Dünən İTV-nin axşam saatlarındakı xəbər buraxılışında ananın küçəyə atdığı 4 uşağının taleyi barədə sujet verilib... Sonra aparıcı bildirdi ki, sən demə, bu uşağın hərəsi bir kişidən imiş... Bu ifadə sosial mediada sərt qınandı. Sosial şəbəkə istifadəçisi Şəhriyar Del Gerani yazır:
"Bakıda bir qadın dörd uşağını küçəyə atıb, qaçıb. Axşamüstü İTV-dan xəbərlərə baxırdım, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə açıqlamasında dedi ki, “Uşaqların hərəsi bir kişidəndir”. Qəribəmə gəldi. Amansız iddiadır: Uşaqların hərəsi bir kişidəndir! Bir insan bunu necə rahatlıqla deyə bilər axı bunca əzazil cəmiyyətdə? Özü də telekanalda. Haqlı olaraq suallarım yarandı həm İTV-yə, həm də Kəmalə xanıma. Suallarımı aşağıda qeyd edir və təcrübəmdən çıxış edərək deyirəm, nə İTV, nə də Kəmalə xanım bu suallara cavab verməyəcək. Odur ki, öz cavablarımızı özümüz tapmalıyıq bu fani dünyanın əbədi ölkəsində. Getdik!
Sual N 1:
- Əzizim dost İTV, bu söhbətin harası İCTİMAİDİR?
Sual N 2:
- Gözəlim dost İTV, bu məsələnin harası ETİKDİR?
Sual N 3:
- Əzizim dost Kəmalə xanım, o açıqlamanızın harasındadır rəhbəri olduğunuz təşkilatın adındakı Birlik; Sığınacaq; Reinteqrasiya sözlərinin mahiyyəti?
Sual N 4:
- Uşaqlardan biri çağadır, 5-6 aylıq, o “heç”. Digərinin təxminən 5, o birinin təxminən 4 yaşı var. Onlar da “heç”. Ona görə “heç” deyirəm ki, hələ yaddaşları formalaşmayıb. Ən dəhşətli məsələ böyük uşağındır, təxminən 14 yaşı var. Görəsən ağlı kəsən, yetişmiş zəka, yaddaş, emosiya sahibəsi olan bu qızcığazı necə xilas etmək olar bunca ifşadan sonra? Bu dramı necə silək o qızcığazın zehnindən?
Sual N 5:
- Nə etməli? Bu əbədi ölkədə yeganə çıxış yolu doğrudanmı ancaq və ancaq, yalnız və yalnız Hava Limanıdır?".
Bəli, elə məsələlər var ki, onu tənqid etmək, araşdırmaq, təhlil etmək olar, amma cəmiyyətə açıq şəkildə söyləmək yolverilməzdir...
A.Məmmədli
Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN