Universitetin “Elm və Sənət Məclisi”nin 77-ci məşğələsində Nəriman Nərimanov siyasətçi, şəxsiyyət, yazıçı ,həkim və milli düşüncə sahibi kimi müzakirə obyektinə çevrildi

2023-cü il aprelin 27-də Xəzər Universitetinin Bəşər Səfəroğlu küçəsi 122 ünvanda yerləşən Mərkəz Kampusunda tarixçi və ədəbiyyatşünas alim və mütəxəssislərin, politoloqların, jurnalistlərin iştirakı ilə ənənəvi “Elm və Sənət Məclis”inin “Nəriman Nərimanov: siyasət və şəxsiyyət” mövzusunda 77-ci məşğələsi keçirildi.

Tədbiri universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı qonaqları salamlayaraq, giriş nitqi ilə söyləməklə açdı. H.İsaxanlı öz çıxışında Nəriman Nərimanova siyasətçi və şəxsiyyət kimi önəm verdi: “N.Nərimanov hələ gənc yaşında ikən insanların maaariflənməsi üçün qiraətxana açmışdı. O dövrdə elmdən, maarifdən uzaq olan müsəlmanların bu qiraətxanaya çoxlu sayda gəlməsi qonşuluqda yerləşən erməni kilsəsinin keşişini bərk narahat etmişdi. Bu, onu göstərir ki, Nəriman Nərimanov xalqına və elinə çox bağlı bir adam olub. O vaxtı Rusiya ilə yaxınlığından istifadə edib, Azərbaycan xalqı üçün çox böyük işlər görüb. Sosial şəbəkələrdə Nəriman Nərimanovun şəxsiyyəti haqqında yersiz və əsası olmayan fikirlər yayılır. Amma bilməliyik ki, N.Nərimanov həm siyasətçi, həm yazıçı, həm dramaturq, həm də həkim kimi öz xalqının keşiyində dayanmaqdan zövq alıb. ”

N.Nərimanov haqqında çox əhatəli çıxış etdikdən sonra H.İsaxanlı onu siyasətçi və şəxsiyyət kimi xarakterizə etmək üçün sözü  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, professor Firdovsiyyə Əhmədovaya verdi.

F.Əhmədova öz çıxışında bildirdi ki, N.Nərimanova indinin yox, o dövrün gözü ilə qiymət vermək lazımdır: “N.Nərimanov yalnız 32 yaşında kamal atestatı alır və bundan sonra həkimlik oxumağı qərara alır. Bunu da ona görə edir ki, heç kəsdən asılı olmasın. Həkim kimi oxumaq üçün Odessanı seçir. Bakı kimi qaynar bir mühitdən, Odessa kimi inqilabi bir şəhərə düşür. Bu da onun  siyasi taleyində böyük rol oynayır. Odessada tələbə kimi bütün siyasi hadisələrdə nəinki iştirak, hətta alovlu çıxışlar edir. 1906-cı ildə Bakıya gəlir. 44 yaşında I Dünya Müharibəsi dövründə Bolşevik ideyasını qəbul edir. Bu səbəbdən də N.Nərimanov Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayının komisiyyana sədr seçilir. Bununla da N.Nərimanov böyük siyasətdə ilk addımlarını atır. Bəzən N.Nərimanovu xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevlə üz-üzə qoymaq istəyirlər.  Ancaq bu yanlış fikirdir. Bir dəfə aralarında yaranan fikir ayrılığına görə H.Z.Tağıyevə N.Nərimanov bildirir ki, bəli, sən təhsilin müəyyən hissəsinin pulunu ödəmisən, mən o pulu tam qaytarmağa hazıram. Amma yenə mən fikir ayrılığında qalsam da, sənin şəxsiyyətinə böyük hörmətim var, çünki sən Azərbaycan xalqı üçün xeyriyyəçi və maarifpərvər kimi çox işlər görmüsən. Məhz buna görə də N.Nərimanov H.Z.Tağıyevi  repressiyadan qurtarır. M.Ə.Rəsulzadə ilə ayrı-ayrı ideyaların daşıyıcıları olsa da, Rəsulzadəyə çox böyük önəm verirdi və onu tarixi şəxsiyyət kimi qəbul edirdi. Ümumiyyətlə, o dövrdə N.Nərimonov Azərbaycan xalqının firavanlığı üçün Rusiya yaxınlığından istifadə edirək, misilsiz xidmətlər göstərirdi. Onu sevməyən Daşnak partiyasını üzvləri həmişə yuxarılara “donos” göndərirdilər ki, N.Nərimov millətçidir. Görürsünüzmü, düşmənlər bizim tarixi şəxsiyyətə necə qiymət verirlər”.

Tanınmış tarixçi alim Firdovsiyyə xanımın geniş və əhatəli məruzəsindən sonra sual-cavab mərhələsi  və müəyyən müzakirələr başladı. Müzakirələrdə AMEA-nın Tarix İnstitutunun əməkdaşı Şahin Fazil, AMEA-nın Şərqşünaslıq İnstitutunun professorları Solmaz Tohidi, Fərda Əsədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tarixşünas alimi İradə Musayeva, Xəzər Universitetinin müəllimi Orxan Vəliyev və digərləri çıxış edərək, Nəriman Nərimanova siyasətçi və şəxsiyyət kimi yüksək qiymət verdilər. Bu sətirlərin müəllifi olaraq, məruzəçi Firdovsiyyə xanıma iki sual ünvanladım:

1-ci sual: Əvvəla, Nəriman Nərimanovun şəxsiyyəti və siyasi fəaliyyəti barədə geniş məzmunlu məlumat verdiyinizə görə, təşəkkür edirəm. Sual verməzdən öncə bir maraqlı məqamı yada salmaq istəyirəm. 1988-ci ildə Qarabağ hadisələri təzə başlayanda, Respublika sarayında ziyalıların geniş yəğıncağı keçirilir. Hamı ermənilərin tarixdə heç vaxt dövləti  olmadığını, Azərbaycan torpaqlarına gəlmə olduqlarını bildirərək, çıxışlar edirdilər. Sonda dünya şöhrətli alim Xudu Məmmədova söz verilir. Xudu Məmmədov çıxışına belə başlayır: “Əzizi yoldaşlar, hamımız bilirik ki, dünyanın 7 möcüzəsi var. Mən isə deyirəm ki, dünyanın 8 möcüzəsi var. 8-ci  möcüzə Azərbaycan tarixçilərinin Azərbaycan tarixinə biganəliyidir”. İndi hörmətli Firdovsiyyə xanım, sualım belədir: “Bu gün Azərbaycan tarixçiləri Azərbaycan tarixini yaza bilirlərmi?”

2-ci sual: Bildiyimiz kimi, 1918-ci ildə Demokratik Respublika qurulanda İrəvan xanlığını ermənilərə güzəştə getməyə məcbur olduq. 1918-ci ilin 4 iyun Batumi konfransında ermənilər öhdəlik götürdülər ki, Azərbaycan ərazilərinə bir daha heç vaxt, heç bir iddiaları olmayacaq. Amma erməni saxtakarlığı yenə də öz sözünü dedi və bu gün də məsələ məlumdur. Deyilənə görə, o vaxtı cümhuriyyət İrəvan xanlığını müqavilə əsasında ermənilərə 100 illiyə icarəyə verib. İndi biz müqavilənin müddəti bitdiyi üçün ərazilərimizin geri alınması məqsədi ilə beynəlxalq arenada hüququ müstəvidə hər hansı mübarizə apara bilərikmi?

F.Əhmədova: “Əvvəlla, Azərbaycan tarixi bu gün olduqca samballı şəkildə yazılır. İstənilən arxivlərə yolumuz açıqdır. Bizə heç yerdən, heç kim demir ki, onu yazma, bunu yaz. Biz tarixçi olaraq çalışırıq ki, əsl həqiqətləri qələmə alaq. Ona görə də əminliklə demək olar ki, bu gün Azərbaycan tarixinə və onun yazılmasına qarşı heç bir biganəlik yoxdur. İkinci suallınızla bağlı cavab olaraq bildirirəm ki, o müqavilə söhbəti düzgün deyil. Belə bir müqavilə olmayıb. Sadəcə sözləşmə olub. Düzdür, televiziya ekranlarından da bəzi tarixçilər bu barədə danışırlar, amma bu, düzgün deyil. Sadəcə, bütün tarixi sənədlər və kitablar göstərir ki, 1918-ci ilədək dünyada Ermənistan adlı dövlət olmayıb. Bunu Ermənistan alimləri etirfa eləməsə də,  tarixi həqiqət hamıya bəllidir ki, həmin ərazilər sırf Azərbaycan torpaqlarıdır. Əlbəttə, beynəlxalq arenada 1918-ci ilə qədər olan sənədlərə və xəritələrə istinad edərək, hüquqi müstəvidə mübarizə aparmaq olar və vacibdir”.

Sonda H.İsaxanlı dərin məzmunlu məruzəyə görə professor Firdovsiyyə Əhmədovaya və maraqlı müzakirəyə görə gələn qonaqlara təşəkkürünü bildirdi.

Elçin Məmmədli

1683123487051

elcin-xezer

 elcin

1683121924299

1683121924313

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN