Bəstəkar Əməkdar artist, dosent Vüqar Camalzadə yeni uğura imza atıb.

Bəstəkarın iş yoldaşlarından "Təzadlar"a bildirilib ki, sənətçi Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) dəvəti ilə paytaxt Daşkənddə xalq çalğı alətləri ifaçıları ixtisası üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasının sədri qismində çıxış edib. Bu onun deyilən keyfiyyətdə ilk işi olsa da, nəticə ürəkaçandır. Cəmi yüz məzundan imtahan götürən bəstəkar gənclərin bilik səviyyəsi və istedadını yüksək qiymətləndirib. Həmyerlimizin işindən razı qalan ÖDK rəhbərliyi gələcəkdə də əməkdaşlıq təklifini irəli sürüb. Vüqar Camalzadəyə diplom və xatirə hədiyyələri bağışlanıb. O, Daşkəndlə yanaşı Səmərqəndə də səfər edib, qədim şəhərin gəzməli-görməli yerləri ilə tanış olub.  

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN