Poltava vilayətində sovet yazıçısı Maksim Qorkiyə həsr olunmuş sonuncu abidə sökülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ukrayna teleqram kanallarına istinadən məlumat yayıb.

Kanallar rayondakı Qorki abidələrinin tarixinin “nəhayət, başa çatdığını” yazır.

“Sonuncusu sökülüb. Verxnyaya Manuylovka kəndində”, - məlumatda deyilir.

Kəndin mərkəzində Qorkinin büstü olan beton postament var idi.

Ukraynada sovet tarixinə aid abidələrin sökülməsi 2015-ci ildən “dekommunizasiya haqqında qanun” çərçivəsində həyata keçirilir. 2022-ci ildən Kiyev də Rusiya ilə bağlı abidələri məhv etməyə başlayıb. Artıq 145 obyekt, o cümlədən 28 Puşkinin abidəsi, 9 Qorki abidəsi və 4 Suvorovun abidəsi sökülüb.

Bundan əvvəl Ukraynanın qərbində sovet əsgərlərinə həsr olunmuş 6 memorial dağıdılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN