Yaxud, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə açıq məktub...

Hörmətli Anar müəllim! Mən adi bir yazaram. Güman edirəm ki, oxuduqca söhbətin nədən getdiyini biləcəksiniz. Yenə adəti üzrə gündəm bir- birinə dəyib. Mən də yazar publisist, şairə olaraq ədəbi mühiti çalxalayan bu və bunun kimi məlumatlara şəxsən özünüzə açıq məktub yazmaqla bildirirəm.

Azərbaycan ədəbi mühitini çalxalayan Azərbaycan Yazıçılar Birliyinin dəyərli üzvlərinə göstərdiyiniz sayğısız durum hamını narahat edir. Azərbaycan ədəbi mühitində rəhmətlik atanız qarışıq kimlərin gəlib, kimlərin getdiyindən ətraflı məlumatlısınız. Çünki siz də həmin ortamda yetişmisiniz. Elə bu qəbildən istərdim ki, sizə bəzi suallar ünvanlayım. Bəzi qələm adamları deyək ki, kənara dursun. Siz Elza Seyidcahanı necə dövrünün şairi olan atanız Rəsul Rza ilə bir müstəvidə görürsüz? Çox maraqlıdır.

Müğənni, bəstəkar kimi tanınan Elza Seyidcahan çağdaş Azərbaycanın ədəbi mühitində hansı məziyyətlərinə görə Sizin gözünüzdə şair kimi bir çox ünnüləri geridə qoyaraq qəlbinizdə yer alıb???  Anar müəllim, Azərbaycan ədəbi mühüti Nizami, Fizuli, Nəsimi kimi dahiləri yetişdirib. Bu mühütdə H. Cavid, Əhməd Cavad, Mikayıl Müşviq və bir çox  söz xridarları sözünü deyib. Və rəhmətlik atanız Rəsul Rzanın da yaşamı həmin dövrə təsadüf edib. Sual: Bu günə qədər adı hörmətlə anılan Bəxtiyar Vahabzadəni unutmaq olarmı?! Elzanı necə Bəxtiyar Vahabzadə ilə Azərbaycan ədəbi mühütində adını yanaşı görürsüz?

 Elza gedib öz işilə məşğul olsa yaxşı deyilmi?! Zamanında Mirzə Ələkbər Sabir necə yerində deyib.”Çərxi fələk tərsinə dövran edir indi” (Ay Sabir gör adınız kimlərlə yanaşı çəkilir.) Hətta adını şair qoyan Baba Vəziroğlu sizi “Elza” ilə müqayisə də edir. Gör nə günlərə qaldıq.

 Siz həmin vəsiqəyə imza atarkən bu rəhmətlik ədəbi mühitdə fəxri ad alıb süfrə salmışların heç biri gözünüzün önünə gəlmədimi?! Düşünsəniz ha, Azərbaycanın hüdudlarından kənarda tanınmış yazıçı və şairləri necə Elzayla eyni müstəvidə görə bilərsiz? Sizin atdığınız bu addım müasir Azərbaycan ədəbi mühitinə çox böyük həqarətdir. Hətta bizim müasir gənc şairlər və yazarlar var ki, “Elza” onların yanından keçə bilməz! Sizin etdiyiniz bu həqarətin açıqlaması var, ya yox?!

 Siz çox yalnış yoldasınız!!! Belə ki, Anar müəllim, siz ədəbi mühiti ələkdən- xəlbirdən keçirib Azərbaycan ədəbiyyatını zənginləşdirmək əvəzinə, görün kimlərə AYB- nin vəsiqəsini verirsiniz. Təəssüf ki, həmin vəsiqəni xalq yazıçısı adını daşıyan Çingiz Abdullayev şair və yazarların gözü qarşısında, hətta mətbuatda xüsusi təqdimatla Elzaya təqdim edir. Sual edilir: - Bəs, Çingiz Abdullayev hansı səbəbdən dolayı bu yalnışlığa rəvac verib?

Bir epizodu nəzərinizə çatdırmaq istərdim. Bir gün “Azərbaycan” nəşriyyatının foyesində  rəhmətlik Oktay Rza ilə qarşılaşdım. O, mənim yaradıcılığımı izləyən şəxs idi. Məni müəyyən tədbirlərdə görmüş və mən kitablarımı ona təqdim etmişdim. O, məndən ayaqüsü soruşdu: “Təranə xanım, siz AYB-nin üzvü olmusuz?” Mən isə cavabımda dedim: “Olmaq istəmirəm Oktay müəllim!”. O, təəccüblə soruşdu: “Niyə?”. Mən cavab vermək istəmədim. Susduğumu görüb belə dedi: “Düz edirsən. Ora sənin yerin deyil. Bir az gözlə, olsun ki, yaxın vaxtlarda bəzi şairlər və yazarlar ələnərlər. Sən o zaman AYB- nin üzvü ola bilərsən!”

Anar müəllim, Siz düşünüb görün ki, Oktay müəllim kimi qələminə hörmət edən nə qədər yazarlar və şairlər gözləyirmiş arzu edilən yenilikləri... Unutmayaq:- Sizi yenidən beş il müddətinə seçmədilər ki, hər yoldan ötəni AYB- yə üzv edəsiniz??? Mümkünsə bu sual ətrafında Çingiz Abdullayevlə birlikdə düşünəsiz...

Balta vurmayın müasir gənc şairlərimizin və yazarlarımızın şüur və təfəkkürünə!!! İmkan verməyin ki, “Atlar kişnəyən yerdə itlər ulasın!”

Hörmətlə: Təranə Şəms

P.S. Bizim bəzi ziyalılar Elzanın qələmindəki bədii tullantıları fəlsəfə adlandırır. Amma deyəsən, bizim filosofların da beyinləri Elzanın qələmi kimi çalışır. Ay Bəxtiyar müəllim, hardasız? Kaş sağ olaydınız... Xudu Məmmədov, kaş sağ olaydınız... Məmməd Araz, İsmayıl Şıxlı, hardasınız, səsimizi eşidirsinizmsi??? Göstərərdiniz bunlara FƏLSƏFƏ nədir, şairlik, yazıçılıq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN