…88 yaşlı ana isə oğlunun üzünü görmədən dünyaya «Əlvida!» deyirsə, bu əsl həyat imtahanı və tale hekayəsidir…

…Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sabiq birinci prezidenti Rasim Məmmədov Azərbaycan CM-nin adi hesab edilən, amma məhkəmə hökmü ilə təsir dairəsi cinayət sayılan bir maddənin sanksiyası ilə bir ildən çoxdur həbsdədir. Sumqayıt şəhər Məhkəməsi onu 2,6 il müddətinə azadlıqdan məhrum etdi. 

 Səbrsizlik, bəzi hallara dözümsüzlük əksər hallarda bu cəzanı insanlara ünvan edir. Amma və lakin…

***

 Təbii ki, ortada məhkəmə hökmü vardır və bunu mübahisələndirməkdən uzağıq. Hansı ki, Rasim Məmmədov tövsif edilən cəza ilə razı deyil, özünü günahsız sayır. Lakin bu gün məlumat aldıq ki, onun anası Hafizə Məmmədova EGE Hospitalda son dəqiqələrini yaşayır və artıq süni tənəffüs aparatından da ayrılıb…

 Ağır səhnədir, müzakirəsi çətin məsələdir. Xüsusən də nəzərə alsaq ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyətinə çatdırılmasında, Azərbaycanın dövlət və müstəqil TV-lərində daim dövlətçiliyin müdafiəsindən, Prezident İlham Əliyevin siyasi kursunun dəstəklənməsindən bəhs edən, bu istiqamətdə təbliğat aparan bir şəxs indi bu vəziyyətlə barışmaq məcburiyyətindədir.

 Rasim Məmmədovun Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan prospektinin və Xocalı abidəsi ilə eyni adlı parkın açılmasındakı müstəsna rolunu, eləcə də Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımının təcəssümü olan «Ana abidəsi»nin açılış mərəsiminə lazımi dəstəyini, Moskva şəhərində Azərbaycan diaspor  təşkilatlarının həmrəyliyi yolundakı səylərini və s. yəqinki hamı bilir, bu barədə mediada geniş yazılıb. Bütün bu ictimai xidmətləri nəzərə alaraq, hesab edirik ki, onun belə bir ağır durumda həbsdə qalmaması daha məqsədəmüvafiqdir. Xüsusən də anasının artıq dünya ilə vida etdiyi bir məqamda.

 Tanrı böyükdür, səhvləri bağışlayandır! Hər kəsin səhvləri olur. Vacib olan budur ki, onun səhvləri ictimai əhəmiyyətli, dövlətimizin və cənab Prezidentin siyasəti fonunda deyil.

Tanrı bütün bağlı qapıları açsın. İnanırıq ki, Rasim Məmmədov ən azı anasının son nəfəsində yanında olacaq, ondan halallıq almaq imkanı əldə edə biləcək.

«Təzadlar»      

1-2-5

1-66

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN