Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihəyə əsərlər təqdim edilir.

Növbəti nağılı yazıçı, publisist, şair, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova təqdim etdi. “Bağışla məni, Məstan” hekayəsi tərbiyəedici olmaqla bərabər, həm də təbiətin canlılarını qorumağa, onları sevməyə çağırır. Hekayə uşaqlara rəhmli olmağı öyrədir, yalan danışmağın pis olduğunu açıqlayır, uşaqlara kiçik yaşlarından vicdanlı olmaq kimi gözəl xüsusiyyətli olmağı tövsiyə edir. Ayxan anasından icazə almadan akvariumdakı balığı dostuna hədiyyə edir. Amma hadisələrin ardıcıllığı göstərir ki, Ayxanın vicdanı yol vermir ki, Məstan pişiyə nahaqdan şər atılsın. Hekayənin sonunda o hər şeyi boynuna alır və özü də rahatlaşır. 

Hekayə aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/1rzMRt4Rla3KIWbMjW_tkTDVhUBwoEqwO/view?usp=drivesdk

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN