İyulun 30-da Bakıda Mərakeş Krallığının milli bayramı - Taxt-Tac Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxış edərək ölkəsinin son illərdə qazandığı uğurlar barədə danışıb.

Diplomat qeyd edib ki, Mərakeş bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-da məmnuniyyətlə təmsil olunacaq.

Mərasimdə Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.

Qeyd olunub ki, iki ölkənin rəhbərləri arasında olan səmimi münasibətlər Azərbaycan-Mərakeş əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq ildən-ilə dərinləşir.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA