Xəbər verilir ki, müğənni Günay İbrahimli bahalı geyimi ilə gündəm olub. Belə ki, müğənninin  koftasının qiyməti 590 dollar - təxminən 1003 manat,  çantası 690 dollar - təxminən 1173 manatdır. Bu da bilikdə 2176 manat pul deməkdir.

P.S. Mən başa düşə bilmirəm, burada qəribə nə var axı? Gözəçarpan sənəti olmayanın bahalı geyimi diqqət çəkəcək dayna. Adam nə iləsə gündəmə gəlməlidir, ya yox? Bir də ki, sponsor özü bilər, Günay xanım hansı qiymətə paltar geyinməlidir?..

***

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəsisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə keçirilən məhkəmə iclasında açıqlanan bir fakt mətbuatın gündəminə çevrilib. Məlum olub ki, sabiq qərargah rəisi Nəcməddin Sadıqova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat, bir ədədi 100 manat olmaqla 80 şüşə çaxıra isə 8 min manat xərclənib.

P.S. Nə qəribə insanlar var e, mən ölüm. A kişilər, Nəcməddin Sadıqov kimi “vesi” olan bir general durub bir manatlıq armudu stəkanda çay, hardasa qiyməti 5-6 manatlıq çaxır içəcək? Ətiniz tökülsün elə. Əlbəttə ki, Nəcməddin müəllim kimi bir general bir dəstinin qiyməti 21 min manata olan armudu stəkanda çay, biri 100 manata olan çaxır içməlidir dəə... Bəzi ağzı göyçəklər buna irad bildirirlər ki, Nəcməddin müəllim bu pulları nazirliyin büdcəsindən ödətdirib. Bəs hardan, cibindən ödəməli idi? Hər şeydən məlumatı olan ermənilər buna nə deyərlər? Deməzdilərmi ki, o boyda general 1 manatlıq armudu stəkanda çay içir? Adımız ermənilərin yanında biabır olardı, ə tövbə. Özü də Nəcməddin müəllim maaşa baxan adam olub. Adi maaşla cənab general bir dəsti 3500 manata olan armudu stəkan, 100 manata çaxır ala bilməzdi axı? Kişinin oğlu adına layiq hərəkət edib dayna... Burada qəribə nə var ki, mətbuat da tozanaq qaldırıb? Heç dəxli var mən ölüm. “Vot tebe na”.

***

Mətubatdan məlum olur ki, Məhərrəmlikdə şadlıq evləri ağzı günə qalıb və toylar yoxdur. Yalnız “Niaqara” restoranında Məhərrəmlik ayında toy sifarişləri qəbul ediblər.

P.S. Maraqlıdır, görəsən, 20 Yanvar faciəsi baş verən yanvar ayında və Xocalı faciəsinin olduğu fevral ayında toy-şənlik edən millətimiz, vəzifə üstündə 1500 il bundan əvvəl bir-birini qıran iki əmi uşağı olan ərəbə görə hadisənin baş verdiyi Məhərrəmlik ayında niyə toy etmirlər? Bəlkə Qarabağın 30 illik işğalı dövründə erməniyə qucaq açan, onu dəstəkləyən, bircə dəfə də olsun haqq səsimizə səs verməyən ərəblər bizim 20 Yanvar, Xocalı faciəmizi yada salıb dövlətimizə adi başsağlığı veriblər, xəbərimiz yoxdur? İlahi, görəsən, İslam dininə və müqəddsə kitabımız “Qurani–Kərim”ə dəxli olmayan bu Məhərrəmlik ayından nə vaxt canını qurtaracaq?

***

Xəbər verildiyi kimi, 2024-cü ilin iyulun 15-də İrandakı səfirliyimiz 18 aydan sonra yeni bir binada öz fəaliyyətini bərpa edib.

P.S. Çox gözəl, çox əla! Allah səfirliyimizi və əməkdaşlarını Yasin Hüseynzadə kimi terrorçulardan qorusun. Amma maraqlıdır, 27 yanvar 2023-cü ildə baş verən terror hadisəsi zamanı əli avtomatlı terrorçunun üstünə əliyalın, aslan kimi şığıyaraq, çiynindən və ayağından yaralansa da, onu zərərsizləşdirməyi bacaran və bununla da çoxsaylı qırğının qarşısını alan qəhrəman oğlumuz Vasif Tağıyev də öz işinə qayıdacaqmı? Həmin anda əsl qəhrəmanlıq, igidlik, cəsurluq nümunəsi göstərərək, böyük bir faciənin qarşısını alan Vasif bəyə nə yazıq ki, Milli Qəhərman adı yox, I dərəcəli “Rəşadət” ordeni verilib.

***

Qəzetlərin birində dənizdə boğulmaların səbəbini açıqlayan məqalədə belə bir yarımbaşlıq qoyulub: “Hansısa ərazidə xilasedici yoxdursa, ora həm təhlükəli, həm də dənizə girmək qadağan olunub” – FHN”.

P.S. Bəlkə əksinədir, hanısa ərazidə xilasedici varsa, ora təhlükəlidir?

***

Məlum olduğu kimi ABŞ-da prezidentliyə  namizəd sabiq prezident Donald Trampa çıxışı zamanı sui-qəsd olub və atılan güllə onun sağ qulağını yaralayıb. Bu hadisədən sonra Trampın reytinqi əməlli-başlı artıb  və artıq onu prezident kimi görürlər.

P.S. Sən öləsən, qulaqdakı gücə bax ee... Bəzi adamları qulaqlayıb harasa aparırlar, bəzilərini də qulaqlayıb prezident edirlər. Bir qulaq adamı necə önə çıxarda bilərmiş? Ən çox quraşdırılmış səhnəyə oxşayan bu hadisədə bir çox suallara cavab tapılmalıdır. Məsələn, tutaq ki, o güllə Trampın qulağını yaralamayaydı, əksinə, qulağını dibindən qoparıb ataydı yerə. Görəsən, onda Amerika xalqı tayqulaq adamı prezident seçərdimi? Amma qulağı azca cızılıb və qırmızı sifət Trampın üzünə qırmızı qan da çilənib. Bu qan, deyəsən, Trampı prezidentliyə çəkib qovuşduracaq. ABŞ hökuməti onsuz da dünyada qaşınmayan yerdən qan çıxarmaqda pərgardır.

***

Qəzetlərin birində yazıya belə bir başlıq qoyulub: “Avropa strukturlarında rəhbər qadınların sayı artır – çoxu da Azərbaycana düşmən”.

P.S. Avropada rəhbər vəzifələrə gələn qadınların Azərbaycana düşmən olmasının günahı Avropada yaşayan bizim kişilərdədir. Vaxtında bu qadınlara yaxşı pul versəydilər, indi  bu qədər düşmən qazanmazdıq. Amma ermənilər bu qadınlarla işlərini günün tələbələri səviyyəsində qura biliblər və onlara yaxşı pullar xərcləyiblər. Nəticə də, bu gün göz önündədir.

***

Üçü birində bəstəkar, müğənni, şairə və hər üçündən də  alayarımçıq olan Elza Seyidcahan “Xəbər-ətər” verilişində olarkən meyxanaçıları tənqid edərək belə deyib: “Meyxanaçılar gənc nəslə mənfi təsir edir. Baxırsan ki, meyxanacıdır, adını “söz xiridarı” qoyub, amma “ç” hərfi ilə olan sözləri “ts” deyir. “Çarə” sözünə” “Tsarə” deyir”.

elzaaa

P.S. Belə yerdə deyiblər e “kor kora kor deməsə, bağrı çatlayar”. Rəhmətliyin qızı, bir dön özünə bax dəə... Gəncələrin mənəviyyatını korlayan, onlara mənfi təsir edənin böyüyüy elə özünsən də. Hörmətli Elza xanım, gənclər və xalq arasında gülüş obyekti olan, əndirabadi geyimlərini, saç düzümlərini qoyuram bir kənara. “Bir əlim qabağımda, bir əlim dalımda”, “Qadın bir şey istəyir, iki şey istəmir”, “Tikim sənin ağzını”, “Yerə yıxaram, sənə verərəm, əcəb edərəm” və sair bu kimi abırsız sözlərinin gənclərə necə mənfi təsir etdiyinin fərqindəsənmi? Başında normal ağlı olan adamın dilinə belə gətirməyə utandığı sözləri yazmısan. Zalımın qızı, bir öz yazdıqlarına və oxuduqlarına bax, sonra başqasını tənqid elə dəə... Dediyin o meyxanaçının dilində olan qüsur faciə deyil, faciə sənin kimisinin ağlında qüsur olmasıdır.

***

Aktrisa sayılan Ülviyyə Xəlilbəyova, aktyor həyat yoldaşı Murad İsmayılla boşanmasının səbəbini belə izah edib: “Şir bürcü ilə əkizlər heç vaxt tutmaz”.

ulviyye-xelilbey

P.S. Heyranına şükür, ya Rəbbim! Bu şou-əhlindən hələ çox hoqqalar çıxacaq. A başınıza dönüm, evlənmək də, boşanmaq da bürclərə görə olur bəyəm? Adama deyərlər “şir”lə “əkizlər” tutmursa, evlənəndə hara baxırdın? İndi iki uşaq olandan sonra asqırıb ayılıb ki, bürclərimiz tutmur. Ətiniz tökülsün elə. Daha de ki, şou-əhli kimi ərdə çox dayana bilmərəm, mənə təzə bürclər lazımdır. 12 bürc var dəə... İnşallah, bir-bir bunların hamısını yoxlayıb, bir bürcün üstündə dayanarsan. Ülviyyə xanım, 13-cü bürc yoxdur haa.... Tapdığın bürcün üstündə möhkəm dayan.

***

Müğənni Elitstar Cəmilə “Nigar xanım” verilişində qadın-kişi bərabərliyindən danışarkən belə deyib: “Kişilərlə hüquqlarımız birdirsə, onda qadınlar niyə əsgər getmir?”

cemilee

P.S. Salam-məleyküm. İndi  gör gəlib hara çıxdıq? Bircə o qalmışdı ki, orduya qadınları da çağırsınlar. İndi təsəvvür edin, şou-əhli xanımları əsgərliyə çağırırlar. Abırsız şou-əhlinin yanında görən əsgər oğlanın yadına vətənə xidmət etmək düşər? Düşmənlə üzbəüz dayanan ordumuz başıpozuq bir dəstəyə çevrilməzmi? Düşmənə yenilməyən əsgərlərimizi bu xanımlar yenəcək. Deyəsən, 64 yaşlı Elitstar Cəmilə xanım  da qocaldığından daha nə danışdığının fərqində deyil.

ELÇİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN