Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2023-2024-cü tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərib.

Pin It

 1989-cu ilin dekabrın 12-də Bakıda Azərbaycan mətbəxinin taleyüklü məsələləri ilə bağlı elmi-praktik konfrans keçirdik. Konfransda “Azərittifaq”, ticarət naziri, bir sözlə bütün maraqlı qurumlar, restoranlar iştirak etdilər. Konfransda Azərbaycan mətbəxinin təhrif edilməsi məsələsini ortaya qoyduq. Konfrans qərara aldı ki, Azərbaycan Milli Kulinariya Mərkəzi yaradılsın.O Bunu Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, Tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib

  “1990-cı ildə ilk dəfə Azərbaycanın regionlarına kulinariya ekspedisiyaları təşkil olundu. Biz Şəki, Şuşa, Lənkəran və Gəncə mətbəxini Otopladıq və Bakıda 10 gün o mətbəxlər göstərildi. Ordan çıxan nəticələr ilə SSRİ-nin məcmuəsi vardı bütün restoranlar üçün standart idi. Həmin məcmuəyə 63 Azərbaycan xörəyi saldırdım. Kiyev Elmi-Tədqiqat İctimai İaişənin Elmi Tədqiqat İnstitutu ilə bir yerdə işləyərək onları standartlaşdırdıq. Ora Qarabağ xörəklərini də daxil edə bildirk. İndiyədək də o keçmiş SSRİ ərazisində restoranlarda standart kimi istifadə edilir”, - Tahir Əmiraslanov bildirib.

hesen-mk-sedr

O, həmçinin xatırladıb ki, Moskvada bir sıra tədbirlərdə iştirak etməyə başlayıblar.

“Moskvada"Ermitaj bağı"nda 10 min nəfərlik Novruz bayramı tədbiri keçirdim. O zaman Azərbaycanda vəziyyət ağır olduğu üçün pul almadıq. Televiziyalarda informasiya blokadası yarıldı. Televiziyalar bizi göstərdilər - Azərbaycan xalqı müqəddəs xalqdır, belə bir xalq təcavüzkar ola bilməz! Bu, çox böyük rezonans doğurdu. Və mən aprel ayında Moskvaya gedəndə artıq mart ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qərar verdi ki, Milli Kulinariya Mərkəzi yaradılsın. 1991-ci ilin aprel ayında Moskvadan qayıtdıq. Həmin dövrdə bir çox nazirlər bunun əksinə idilər ki, "belə bir mərkəz dünyada yoxdur, camaat acından qırılır biz də kulinariya mərkəzi yaradacağıq" və s. Lakin Həsən Həsənovun ( Azərbaycan SSR Nazirlər Sovetinin o zaman sədri Həsən Həsənov idi-red) təzyiqi və gücü altında qərar qəbl olundu və məni həmin Mərkəzə rəhbər təyin etdilər. 1997-ci ilə qədər maliyyəsiz, büdcə olmadan fəaliyyət göstərdik. 1997-ci ildə Milli liderimiz Heydər Əliyev Kulinariya Məkəzini də büdcəyə saldı, lakin ondan əvvəl də o, bizə dəstək verirdi”, - Tahir Əmiraslanov vurğulayıb.

 Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

 JASMİN

 

 

Pin It

Azərbaycanın Almaniyadakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

Pin It

Sentyabrın 8-dən 16-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev Belarusun Brest şəhərində keçiriləcək XXVII Beynəlxalq “Belaya veja” Teatr Festivalının münsiflər heyətində iştirak edəcək.  

Pin It

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN