İran yeni prezidentini seçmək üçün iyunun 28-də seçkiyə gedəcək.

 TEZADLAR.AZ xəbər verir ki, helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin yerinə müvəqqəti prezident təyin edilən ölkənin vitse-prezidenti Məhəmməd Muhbir prezident seçkilərinin tarixini iyunun 28-i elan edib.

  İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, müvəqqəti prezident Məhəmməd Muhbir parlamentin spikeri Məhəmməd Bakir Qalibaf və Ədliyyə sədri Qulamhüseyn Muhsin Ejei ilə prezident seçkilərinin vaxtının müəyyən edilməsi ilə bağlı görüş keçirib. İclasın sonunda verilən bəyanatda seçkinin iyunun 28-də keçiriləcəyi bildirilib.

  Prezident seçkilərində namizəd olmaq istəyənlər mayın 30-dan iyunun 3-dək lazımi ərizələrini verməlidirlər.

  İyunun 12-dən iyunun 27-si səhərədək seçkilərin təbliği tədbirləri aparılacaq.

  Qeyd edək ki, İranda prezidentlər 6-sı hüquqşünas, 6-sı fəqih (din alimləri) olmaqla 12 nəfərlik Konstitusiya Mühafizləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA