booked.net booked.net  

 Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Artıq polisin yaxaladıqları oğruları, oğurluqla sahib olduqlarını geriyə qaytarmaqla yanaşı, hələ uzun illər dəmir barmaqlıqlar arasında azadlıqda piyada gəzməyin belə xəyalını quracaqlar... Oğurladıqları pulun bir qismini gözəlləşməsinə sərf edən - estetik əməliyyat etdirən Zenfira Sultanova isə həbsxana aynalarında öz hüsnünü seyr etməli olacaq... Həm də bu müddət ərzində nə estetik əməliyyatdan, nə də gəncliyindən əsər-əlamət qalmayacaq...

Y.Məmmədli  

1-7

1-8

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN