Ermənistan polisi “Vətən naminə Tavuş” etiraz hərəkatının tərəfdarlarının avtomobillərində və telefonlarında dinləmə sistemi quraşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
““Vətən uğrunda Tavuş” hərəkatının bəzi üzvlərinin və tərəfdarlarının avtomobilləri 1 aya yaxındır ki, hüquq-mühafizə orqanlarının ixtiyarındadır. Hüquq-mühafizə sistemi bizə bildirdi ki, avtomobillər o qədər də yoxlanılmır, çünki onlar dinləyici qurğularla quraşdırılıblar”, - nəşr yazır.
Bundan əlavə, Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan deputatı Qarnik Danielyan bildirib ki, “böcəklər” təkcə avtomobillərdə deyil, aksiyanın fəal iştirakçılarının telefonlarında da quraşdırılır.
“Hərəkatın fəal tərəfdarları və üzvləri nəzarətə götürülüb, bir neçə saat, bəzən isə bir neçə gün ərzində telefonları əlindən alınıb, dinləmə cihazları quraşdırılıb”, - o deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan müxalifəti Ermənistanın dövlətçiliyinə zərbə vurmaqda ittiham edib.
“Etirazçılar parlamentə hücum etmək üçün polis xəttini zorla keçməyə çalışıblar. Polis Ermənistanın qanunvericilik institutunu, polis Ermənistanın dövlətçiliyini müdafiə edib”, - deyə siyasətçi bildirib.
E.ŞİRİNOV