ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya və İranın enerji sektorlarına həddən artıq sanksiya təzyiqi göstərə bilməz, çünki bu, bütün dünyada neftin qiymətinin qalxmasına səbəb olacaq.

Tezadlar.az bildirir ki, bu qiymətləndirməni mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) verib.

“Prezident Bayden Amerika istehlakçıları üçün yanacaqdoldurma məntəqələrində ən aşağı qiyməti təmin etmək üçün mümkün olan hər şeyi etmək istədi, çünki bu, vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir”, - nəşr ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisindən sitat gətirib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin keçmiş rəhbəri Con Smit bildirib ki, Vaşinqton və onun müttəfiqləri yeni sanksiyaların tətbiqinə “çox diqqətlə yanaşırlar ki, onu aşmamaq və Qərb iqtisadiyyatlarının fəaliyyətinə zərər vurmasınlar”.

Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı neft sanksiyaları 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırdı və G7 ölkələri, Avstraliya və Aİ neftin dəniz yolu ilə daşınmasına 60 dollar/barel qiymət limiti tətbiq etdi. Daha bahalı neftin daşınması və sığortalanması qadağandır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN