Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsininrəisi işləmiş Seymur Qurbanovun qanunsuz əməlləri barədə "Təzadlar"a daxil olan şikayətlər əsasında dünən yazı dərc edilmişdir...

Xatırladırıq ki, iki həftədir S.Qurbanova media sorğusu göndərsək də, şikayətçilərə zəng edərək pul alıb qaytarmadığı halda, onları yenidən aldadaraq arxayın salmaqda davam etmişdir. Lakin redaksiya ilə əlaqə saxlayaraq mövqeyini bildirməkdən yayınmışdır.

Redaksiya qanunvericiliyin tələblərinə riayət edərək həmin şikayətlər əsasında hazırlanmış yazını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərmişdir.

 Bu gün adl çəkilən Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Təzadlar"a cavab daxil olmuşdur. Rəsmi cavab məktubunda deyilir: ""Təzadlar" qəzeti redaksiyasına. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa ŞŞ-nin sabiq rəisi Seymur Qurbanovun xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlarla bağlı dərc edilmiş yazı ilə əlaqədar bildiririk ki, o, mənfi motivlə xidmətdən xaric edilmişdir. Qanunsuz əməlləri ilə bağlı barəsində toplanmıış araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir". 
Beləliklə, media sorğusunu cavablandıra bilməyən keçmiş hərbi komissar bundan sonra Baş Prokurorluğun müstəntiqinin suallarını yəqinki cavablandıra biləcək.

Redaksiyaya daxil olmuş aidiyyəti şikayətlər isə tədbir görülməsi üçün Baş Prokurorluğa göndəriləcək.
"Təzadlar"

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN