Regional və qlobal məsələlər ətraflı şəkildə müzakirə edilərək ortaq maraqlar əsasında onların həlli imkanları nəzərdən keçirilir. Eyni zamanda, bütün maraqlı tərəflər üçün açıq dialoq mühiti yaradılmış olur. Beynəlxalq sistemdə yaranmış böhranın davam etdiyi bir şəraitdə bu gün öz işinə başlayan IX Qlobal Bakı Forumunun gündəliyinə və iştirakçıların təmsil etdikləri ölkələrin müxtəlifliyinə nəzər yetirdikdə isə onun beynəlxalq təhlükəsizliyə hədə təşkil edən bir çox məsələlərin açıq şəkildə müzakirə edildiyi zəruri dialoq mühitini yaratmağa müvəffəq olan nadir platformalardan biri olduğunu aydın şəkildə müşahidə edirik.

Dəyişikliklər fundamentaldır və proqnozlaşdırılmayan nəticələri var. Amma bu aydındır ki, dünya fərqli olacaq və o, artıq fərqlidir. Ona görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli baxışların ziddiyyətləri – yeni yanaşmaların işlənib hazırlanması üçün bunlara ehtiyac var. Əlbəttə hər bir ölkə buna töhfə verməlidir. İlk növbədə təhlükəsizlik tədbirləri ilə. Çünki təhlükəsizlik məsələləri indi beynəlxalq arenada, beynəlxalq gündəlikdə əsas məsələ olub. Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. "Eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”, - dövlət başçısı vurğulayıb. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil".

Azərbaycan hər zaman beynəlxalq arenalarda sülhün təbliğinə xidmət etdiyini  və dəstəklədiyini bütün üzv dövlətlərə çatdırıb. Dünyamız üçün vacib olan inkişaf naminə sülh təşəbbüsümüz BMT-yə üzv olan bütün ölkələrə öz töhfəsini verəcək. “ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Qlobal dünya düzəninə təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.  Əməkdaşlıq regionda sabitlik və tərəqqi üçün ümdə əhəmiyyət kəsb edir. Buna da Cənubi Qafqazda ən çox ehtiyac duyan tərəf Ermənistandır. Çünki Azərbaycan bu vaxta qədər Ermənistanla əməkdaşlıq olmadan da inkişaf göstəriciləri baxımından regionda lider ölkə kimi qazandığı davamlı nailiyyətlərlə bu statusunu daha da möhkəmləndirib, çoxsaylı transmilli layihələr həyata keçirib. Son 30 ilin təhlili isə bu qənaəti artıq aksiomaya çevirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən nə real inkişaf yoluna çıxa, nə də hansısa transmilli xarakterli layihə həyata keçirə bilər. Bu mənada postmüharibə dövründə Azərbaycanın barış və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərini Ermənistan üçün xilas yolu olaraq da qəbul etmək mümkündür. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, onda Azərbaycan Laçin dəhlizini bağlamağa məcbur olacaq. Çünki Azərbaycan dəhlizlərlə bağlı belə disbalansın mövcudluğuna dözmək niyyətində deyil və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Ölkənin Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər. Uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi olub. Əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı. Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil. Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış və bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir. Belə hesab edirik ki, bölgənin sülh, sabitlik və inkişaf məkanına çevrilməsi Avropanın gələcəyi baxımından da son dərəcə əhəmiyyətlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən Azərbaycanın bunu etməyə hüququ var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Bu bölgə tarixi Azərbaycan torpağıdır.

Yəhya  Ağayev,

Silahlı Qüvvələr veteranı, Müharibə və Əmək  veteranı, Nizami Rayon Veteranları Təşkilatının sədri, Prezident təqaüdçüsü, ehtiyatda olan mayor     

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN