"SİYASƏTDƏ DİALOQ MÜHİTİ DEMOKRATİK DƏYƏRLƏRİN GÖSTƏRİCİSİDİR"
“Siyasi sistemin təkmilləşdirilməsi, sağlam dialoq mühitinin siyasi dəyər kimi təşviq edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə təşəbbüsləri və atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacib amildir. Təbii ki, burada söhbət sağlam düşüncəli, hadisələrə real yanaşan, konstruktiv müxalifətdən gedir.