Sudanda BMT sülhməramlılarının tərkibində xidmət edən Azərbaycan hərbçisi İlkin Xəlilov təşkilatın medalı ilə təltif edilib.

Bu barədə ölkənin BMT-dəki nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, mayor Xəlilov xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə medalla təltif edilib.

 Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri 2019-cu ilin əvvəlindən BMT-nin Cənubi Sudandakı sülhməramlı missiyasında müşahidəçi kimi fəaliyyətə başlayıblar.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN