Türkiyə və Suriya sərhədi yaxınlığında 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, yeraltı təkanların episentri Türkiyənin Antakya şəhərindən 14 kilometr şimal-şərqdə yerləşib.

Ocaq 10 kilometr dərinlikdə yerləşib.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar o qədər güclü olub ki, yüzlərlə zəlzələ on əyalətə və hətta Suriya da daxil olmaqla bir neçə qonşu ölkəyə yayılıb. Əvvəllər dağıdıcı zəlzələlər səbəbindən ölkə iqtisadiyyatı 84 milyard dollar itirmişdi.

İki ölkədə ölənlərin sayı təxminən 47 min nəfər olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN