Tbilisidə dünən gecə 19:00-dan başlayan etiraz aksiyası polisin müdaxiləsinə baxmayaraq səhər saatlarınadək davam edib.

Tezdadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, polis gecə saat 23:00 radələrində etirazçıları parlament binasının ətrafından və Rustaveli prospektindən çıxarmağa nail olsa da, lakin aksiya şəhərin digər yerlərində davam edib. Gecə saatlarında aksiya işçtirakçılarının bir hissəsi yenidən Rustaveli prospektinə qayıtmaq istəyib, burada polislə etirazçılar arasında müxtəlif vaxtlarda qarşıdurmalar yaşanıb. Nümayişçilər polis maşınını aşırıblar. Onlar xüsusi təyinatlıların irəliləməsinə mane olmaq üçün barrikadalar qurublar.

Bu gün səhər saat 07:00-dək bir qrup vətəndaş öz aksiyalarını davam etdiriblər. Polis səhər saatlarında etirazçıları dağıtmaq məqsədi ilə kütləvi həbslərə başlayıb. Rəsmi məlumatlar açıqlanmasa da, yerli mətbuat 100-dən artıq şəxsin saxlanıldığını bildirir. Qeyd edək ki, hazırda Rustaveli prospektində sakitçilik hökm sürür və burada avtomobillərin hərəkəti bərpa olunub. Müxalifət partiyalarının və etiraz hərəkatında iştirak edən tələbələr birliyi bu gün saat 11:00-da ümumi ictimai dinc itaətsizliyə başlamaq üçün birgə çağırış edəcəklər.

Tezadlar.az xatırladır ki, martın 7 də "xarci təsir agenti" haqqında qanun layihəsi birinci oxunuşda parlamentdə qəbul edildikdən sonra kütləvi etirazlar başlayıb. Aksiyanın bu gün axşam da davam edəcəyi bildirilir. ABŞ və Avropanın bir çox ölkələri məlum qanun layihəsini sərt tənqid edib. Gürcüstanın siyasi hakimiyyəti isə hələki bu məsələyə son mövqeyini bildirməyib. Prezident Salome isə qanun layihəsinə qarşı çıxdığını ötən həftə bəyan etmişdi. Ekspertlər hesab edir ki, prezident həmin qanun layihəsi parlamentdən keçərsə, prezident veto qoyacaq...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN