Bu gün hakim “Gürcü arzusu” partiyası Tbilisidəki etirazlar fonunda xarici agentlər haqqında qanunu parlamentdən geri götürmək qərarına gəlib.

Qeyd edək ki, martın 7 də Gürcüstan parlamentində "xarci təsir agenti" haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildikdən sonra kütləvi etirazlar başlayıb.

Gürcüstan Parlamentinin qarşısında vətəndaş fəallarının və müxalif siyasi partiyaların nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib.

Rəsmi məlumatlar açıqlanmasa da, mətbuatda polis tərəfindən 100-dən artıq şəxsin saxlanıldığı bildirilir.

Xatırladaq ki, elə ilk gündən ölkə prezidenti Salome Zurabişvili "Xarici təsir agenti" adlı qanun qəbul edilərsə, ona veto qoymaq niyyətində olduğunu bildirmişdi: “Burada çox sayda qeyri-hökumət təşkilatları olduğu üçün, jurnalistlərin çaşqınlığa düşməməsi üçün deyim ki, hazırda müzakirə edilən qanunun qəti əleyhinəyəm. Mən bu qanunu müzakirə etməyəcəyəm və veto hüququmdan istifadə edəcəm! Bu qanun bizi Avropadan uzaqlaşdırmaq üçündür. Ona görə də bu, mənim üçün qəbuledilməzdir”.

Gürcüstandakı vəziyyətdən BMT-nin baş katibi Antonio Quterreşin də narahat olduğu dilə gətirilmişdi. 

Belə ki, BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq Gürcüstandakı vəziyyətlə bağlı açıqlamasında diqqətə çatdırıb ki, Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, hamını gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN