Kiyevdə elektrik enerjisinin dayandırılması ləğv edilib.

Bu barədə Ukraynanın DTEK enerji holdinqi Telegram-da məlumat yayıb.

““Ukrenerqo” məhdudiyyəti götürüb və bu, saat 16:45-də paytaxtın bütün sakinlərinə elektrik enerjisinin verilişini bərpa etməyə imkan verib”, - məlumatda deyilir. Şirkət həmçinin əlavə edib ki, elektrik kəsilməsinin stabilləşdirilməsi cədvəlləri artıq tətbiq edilmir.

Daha əvvəl məlumat verilmişdi ki, Kiyevdə elektrik enerjisi təchizatının öhdəsindən gələ bilməyən energetika infrastrukturunun zədələnməsi səbəbindən elektrik kəsilməsi başlayıb. “Qoloseyevski, Şevçenkovski, Svyatoşinski və Solomenski rayonlarının bir hissəsində elektrik enerjisinin kəsilməsi stabilləşmə cədvəlinə uyğun olaraq həyata keçirilir”, - şirkət qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN