Ukraynanın dörd vilayətində hava xəbərdarlığı elan edilib. Vətəndaşları xəbərdar etmək üçün rəsmi resursdan verilən məlumata görə, sirenlər martın 12-də səhər saatlarında səslənməyə başlayıb.

Dnepropetrovsk, Poltava, Sumi və Xarkov vilayətlərində həyəcan təbili çaldığı dəqiqləşdirilir. Siren səsləri Kiyevin nəzarətində olan Zaporojye vilayətinin və DXR-in sakinləri tərəfindən də eşidilib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın bir sıra regionlarında həyəcan təbili çalınmışdı. Bazar günü gecə yarım saat səslənib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hələlik bu ərazilərdəki Ukrayna hərbi obyektlərinə zərbələr endirilməsi barədə məlumat verməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN