Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyat zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsi prosesində T-90M “Prorıv” tanklarının ekipajlarının işinin görüntülərini paylaşıb.

“Tank taqımı ərazi və təbii sığınacaqlardan istifadə edərək atəş açmaq xəttinə irəliləyir, istehkamlardakı Ukrayna birləşmələrinin canlı qüvvəsini məhv edir, həmçinin onun atəş nöqtələrini sıxışdıraraq, Rusiya paraşütçülərinin hücum dəstələrinə düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləməyə imkan verir", - nazirlik bildirib.

Tankerlər özləri xeyli məsafədə və gözdən kənarda olduqları halda hədəfləri uğurla vururlar. Tanklar üçün hədəf koordinatları dronlardan istifadə etməklə əldə edilir. Bu cür işlər silah-sursat anbarlarını, eləcə də Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini möhkəm nöqtələrdə məhv etməyə imkan verir.

“Tank ekipajları müasir texnologiyaya sürətlə yiyələnir, məharətlə, cəsarətlə və inamla hərəkət etməklə, mərdlik, şücaət və qəhrəmanlıq nümayiş etdirir”, - Müdafiə Nazirliyindən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN