Qurumun saytında verilən məlumata görə, aprelin 13-də Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə (USQ) dəstək üçün bir milyard avro ayrılmasını təsdiqləyib. Bu qərar Aİ-yə üzv dövlətlərə Ukraynaya ötürülən sursatların dəyərini ödəməyə imkan verəcək.

Pul Avropa Sülh Fondundan (ASF) ayrılacaq. 9 fevral - 31 may 2023-cü il tarixləri arasında ehtiyatlardan və ya "mövcud sifarişlərə yenidən üstünlük verməklə" Ukraynaya göndərilən sursatların dəyəri ölkələrə ödəniləcək.

“Bugünkü qərarla biz Aİ liderlərinin Ukrayna Silahlı Qüvvələrinə bir milyard avro dəyərində artilleriya sursatının dərhal çatdırılması ilə bağlı əldə etdiyi tarixi razılaşmanın birinci hissəsini qüvvəyə mindirdik”, - Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

Ümumilikdə ASF-dən Ukraynaya ümumilikdə 4,6 milyard avro məbləğində yardım üçün səkkiz tranş (sonuncu da daxil olmaqla) ayrılıb.

Aprelin 3-də “The New York Times” USQ-nin may ayında "yaxud ona yaxın" hücuma cəhd edəcəyini bildirdi.

Bununla belə, aprelin 12-də “The Washington Post” daha əvvəl yazıb ki, Ukrayna Silahlı Qüvvələri pis hava şəraiti, qərb silahlarının tədarükünün gecikməsi və sursat çatışmazlığı səbəbindən planlaşdırılan hücumu təxirə salır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA