Həmişə olduğu kimi, Bakı bu səhəri də tıxacla açıb, tıxacla yola verəcək...

Belə ki, paytaxtın aşağıda siyahısı verilən əsas yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, həmin siyahı belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

XXX 

Dəfələrlə deyir və yazırıq: nə qədər ki, Bakının əsas yollarına alternativ yollar çəkilməyəcək, vəziyyət bundan da betər olacaq. Şəhəri mərkəzə doğru tikənlərin qarşısı alınmalı, bölgələrə gedən avtomobillərin mərkəzə girmədən hərəkətinə şərait yaradılmalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA