Bir qrup ABŞ konqresmeni baş nazir Viktor Orbanın Fides partiyası ilə əlaqəsi olan aparıcı macar siyasətçilərinə qarşı sanksiyalar layihəsi üzərində işləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Nəşr qeyd edir ki, iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda macar siyasi xadimlərinə qarşı sanksiyalar üzərində iş aparılır.

“Qanun layihəsi keçən ildən hazırlanır və gələn ayın əvvəlində Konqresə təqdim ediləcəyi gözlənilir. Məsələ ilə tanış olan insanların fikrincə, o, çox güman ki, orada geniş dəstək alacaq”, - nəşr yazır.

Bundan əvvəl Ukrayna prezidentinin iqtisadi müşaviri Oleq Ustenko Avropa ölkələrini “Qazprom”la müqavilələrin uzadılması ilə əlaqədar Macarıstana təzyiq göstərməyə çağırıb.

Onun fikrincə, Moskva ilə Budapeştin əməkdaşlığı münaqişənin gərginləşməsinə səbəb ola bilər.

Eyni zamanda, Macarıstanın hakim Fides partiyasının kommunikasiya rəhbəri İştvan Hollik bildirib ki, Macarıstan ABŞ da daxil olmaqla, təzyiqlərə görə Ukrayna böhranı ilə bağlı mövqeyini dəyişməyəcək.

Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban dəfələrlə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxış edib. O, həmçinin xəbərdarlıq edib ki, Ukraynada münaqişənin qalibi olmayacaq, çünki orada nüvə dövləti ilə NATO toqquşub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA