Çinin xarici işlər naziri Qin Qanq almaniyalı həmkarı Annalena Burbok ilə görüşündə bildirib ki, Çin Ukraynada münaqişənin heç bir tərəfinə silah satmaq niyyətində deyil və ikili təyinatlı malların ixracına nəzarət edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “NBC News” yazır.

Nəşrin yazdığına görə, Qin Qanq bu yolla ABŞ və digər ölkələrin Çinin Rusiyaya hərbi yardım göstərmək imkanını nəzərdən keçirməsi ilə bağlı qorxularına reaksiya verib.

Eyni zamanda, Çinin xarici işlər naziri Pekinin münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqları asanlaşdırmağa hazır olduğunu təsdiqləyib və qeyd edib ki, bütün tərəflər “obyektiv və sakit” qalmalıdırlar.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronla danışıqlar zamanı Çin prezidenti Si Cinpinq Ukraynada sülhə gətirib çıxaracağı təqdirdə istənilən sülh planını dəstəkləməyə hazır olduğunu bildirmişdi.

Eyni zamanda, 2022-ci ilin fevral ayının əvvəlində Pekində keçirilən görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin birgə bəyanat yayaraq, Çin və Rusiya arasındakı dostluğun “sərhədsiz” olduğunu və iki ölkə arasında əməkdaşlıqda "qadağan olunmuş zonalar olmadığını" qeyd ediblər.  

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA