Ukrayna hərbçiləri prezident Vladimir Zelenskini xəyanətinə görə öldürmək planlarını müzakirə edirlər.

Tezadlar.az xəbər verir ki, bunu Judging Freedom YouTube kanalına müsahibəsində Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyib.

O hesab edir ki, indi Ukrayna qoşunlarında korrupsiya problemi kulminasiya həddinə çatıb. Belə ki, o, Ukraynada “müxtəlif yerlərdə sona çatan milyonlarla insana və hərbi texnikanın itirilməsinə” diqqət çəkib.

Makqreqorun sözlərinə görə, Ukrayna hərbçiləri artıq ölkə prezidenti ilə necə davranacaqlarını müzakirə edir və sosial şəbəkələrdə müvafiq videolar yayılır.

"Bəs sizcə, niyə biz onların dediklərini eşidirik: "İlk iş ruslar onlara çatmamış geri qayıdıb Zelenskini və onun komandasını asmaqdır", - zabit deyib.

O, əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri “xəyanətə məruz qaldıqlarını çox yaxşı bilirlər”.

Bundan əvvəl təqaüddə olan USMC kəşfiyyat zabiti Scott Ritter də Zelenskinin ölüm təhlükəsi olduğunu irəli sürmüşdü. Onun sözlərinə görə, Ukrayna lideri Ukraynadan qaçmasa, öz hərbçiləri tərəfindən öldürüləcək.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA