Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya silahlı qüvvələrinin istifadəsi üçün aydın prioritetlər var.

Tezadlar.az xəbər verir ki, dövlət başçısı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bunun xüsusilə Ukrayna istiqamətinə aid olduğunu vurğulayıb.

“Bizə aydındır ki, bu gün Silahlı Qüvvələrimizdən istifadə üçün aydın prioritetlərimiz var və bu, hər şeydən əvvəl Ukrayna istiqamətinə və Donbassda, digər yeni ərazilərdə xalqımızın müdafiəsi ilə bağlı hər şeyə aiddir", - deyə prezident vurğulayıb.

Aprelin 10-da Müdafiə Nazirliyinin mətbuat xidməti elan edib ki, Rusiyanın “Cənub” qoşun qruplaşmasının bölməsi bir sutka ərzində Donetsk istiqamətində xüsusi əməliyyat zonasında 290-dan çox ukraynalı hərbçini məhv edib.

Bundan əlavə, eyni ərazidə beş zirehli döyüş maşını, dörd texnika, bir “Qvozdika” özüyeriyən artilleriya qurğusu və Msta-B və D-20 haubitsalarının məhv edilməsi məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA