Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı ilə Ukraynadakı münaqişə nəticəsində ölənlərin sayını müqayisə etdiyi üçün üzr istəyib.

Tezadlar.az bu barədə “Gazeta.Ru” istinadən xəbər verir.

Xəbər verdiyimiz kimi, Reznikov daha əvvəl İspaniyanın “La Razon” qəzetinə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin ölən əsgərlərinin sayının Türkiyədəki zəlzələ qurbanlarının sayından az olduğunu bildirmişdi.

Ukraynalı nazir sosial şəbəkələrində onun şərhindən inciyən bütün Ukrayna və Türkiyə vətəndaşlarından bağışlanmalarını istəyib. O, ukraynalıların türk xalqına rəğbət bəslədiyini vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində, eləcə də qonşu Suriya və Liviyada hiss olunub. Onlardan sonra ölkədə və planetin digər yerlərində dəfələrlə yeni zəlzələlər qeydə alınıb.

Təbii fəlakət zərər çəkmiş bölgələrdə minlərlə binanın dağılmasına səbəb olub. Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələdə 50 399 nəfərin öldüyünü bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA