Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində “müasir dövrdə görünməmiş” elektron hasarın tikintisinə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib.

Polşalı nazir deyib: “Bu gün Polşa-Rusiya sərhədində elektron hasarın tikintisi ilə bağlı beton torpaq işlərinə başlanılıb”.

Kaminskinin sözlərinə görə, "bu, müasirliyində görünməmiş bir maneə olacaq", çünki onun tikintisi "çoxlu gecə-gündüz görmə kameraları, hərəkət sensorları, habelə Rusiya ilə sərhəddə görülən hər şeyin tam monitorinqini əhatə edir".

Noyabrın 2-də ölkə baş nazirinin müavini, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak Rusiya ilə sərhəddə möhkəm hasarın çəkilməsindən danışıb. O, bunun Rusiya tərəfinin Kalininqrad vilayətində Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün hava limanını açması ilə izah edib. Blaşçak hasarın tikanlı məftildən hazırlanacağını və hündürlüyünün 2,5 metr, eninin isə üç metr olacağını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA