Qazaxıstan milli təhlükəsizliyin təmin edilməsi üçün yeni yanaşmalar hazırlamalıdır.

Tezadlar.az dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu respublika prezidenti Kasım-Jomart Tokayev ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

O, bəyan edib ki, bu məqsədlə ölkə hakimiyyəti Qazaxıstanın Milli Təhlükəsizlik Strategiyasını yeniləməlidir. Bundan əlavə, Tokayevin sözlərinə görə, geosiyasi şəraitdə baş verən dəyişikliklərlə əlaqədar respublikanın xarici siyasət Konsepsiyasının da yeniləşdirilməsinə ehtiyac var.

“Bu gün dünya böyük dəyişikliklərə məruz qalıb. Ona görə də daxili təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi, Qazaxıstanın və bütün Mərkəzi Asiya regionunun beynəlxalq aləmdə nüfuzunun artırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir”, - deyə prezident vurğulayıb.

Qeyd edək ki, mart ayında respublikanın Təhlükəsizlik Şurasının iclası zamanı Tokayev ölkənin milli təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması ilə bağlı tapşırıq verib, çağırışların obyektiv qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Bundan əvvəl Qazaxıstanın keçmiş xarici işlər naziri Muxtar Tleuberdi bəyan etmişdi ki, Ukraynadakı vəziyyətlə bağlı Rusiyadan respublikaya heç bir təhlükə yoxdur.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA