Rusiya ordusu yeni sınaq qarşısındadır... 

Belə ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “Patriot” zenit-raket komplekslərinin Ukraynaya gəldiyini təsdiqləyib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Reznikov bu barədə Twitter-də yazıb. Sitat: “Bu gün bizim gözəl Ukrayna səmamız daha etibarlı qorunur, çünki “Patriot” zenit-raket kompleksləri Ukraynaya gəlib”. O, Almaniyanın müdafiə naziri Boris Pistoriusa, Hollandiyanın müdafiə naziri Kayisi Ollonqrenə, amerikalı, alman və holland xalqına da təşəkkür edib.
Bundan əlavə, Hollandiya da Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri və bir sıra raketlər tədarük edəcək. Hansı ki, martın sonunda Ukrayna hərbçiləri ABŞ-da "Patriot" hava hücumundan müdafiə sistemi üzrə təlimləri - gözləniləndən tez başa çatdırıblar.

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA