Azərbaycanda İranın ölkəmizə münasibəti ilə bağlı sorğu keçirilib.
Bu barədə millət vəkili Zahid Oruc bildirib.
"“İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualına münasibətdə respondentlərin 76.8%-i İranın regionda Ermənistanın maraqlarını qoruduğunu, başqa sözlə öz regional maraqlarını Ermənistan üzərindən reallaşdırmağa çalışdığını bildirib.
İştirakçıların 5.5%-i İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4%-i Azərbaycanın maraqlarını üstün tutduğunu ifadə edib.
Respondentlərin 14.3%-i bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib",- deyə o qeyd edib.
Millət vəkili diqqətə çatdırıb ki, 30 illik işğal dövründə, 44 günlük Vətən müharibəsi zamanı, eləcə də post-müharibə mərhələsində Ermənistanın regional sülh üçün yaratdığı təhdidlərə və qeyri-konstruktiv mövqeyinə baxmayaraq, İran Ermənistana hərbi-siyasi dəstəyini davam etdirib və bu amil Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA