İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyinin sözçüsü Anne Sezar bildirib ki, İsveçrə hakimiyyəti 10 mindən çox Ukrayna vətəndaşını qoruyucu S statusundan və ya qaçqın statusundan məhrum edib.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“İnsanlar İsveçrəni tərk etdikləri üçün artıq S statusuna malik deyillər. Onların çoxu yəqin ki, Ukraynaya qayıdıb”, - deyə A.Sezar bildirib və əlavə edib ki, miqrasiya katibliyi 2023-cü ildə S statusu üçün 20,000-23,000 müraciət qəbul etməyi gözləyir.

Bundan əvvəl ukraynalı qaçqınlar Hollandiyanın mərkəzindəki Gelderland əyalətindəki ordu bazasında yaşayış şəraitinə görə etiraz aksiyası keçiriblər. Onların fikrincə, yerləşdirmə mərkəzində məxfilik yoxdur, uşaqların təhsil səviyyəsi aşağıdır, sanitar şərait də pisdir. Aksiyada ölkə bayrağı və plakatlar gətirən on ukraynalı iştirak edib.

K.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA