Avropa İttifaqı hesab edir ki, Rusiyaya qarşı yeni sanksiyaların heç bir mənası yoxdur: məhdudiyyətlər təkcə Rusiya iqtisadiyyatının həmin sahələrinə və ya Aİ üçün çox vacib olan şirkətlərə təsir etməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən “Financial Times” nəşri yazır.

“Biz (sanksiyalarla - red.) bitirdik. Əgər biz daha çox sanksiyalar tətbiq etsək, tədbirin özündən daha çox istisnalar olacaq”, - mənbə bildirib.

Avropa rəsmiləri etiraf edirlər ki, Rusiya iqtisadiyyatının sanksiyalara məruz qalmayan sektorları Avropa ölkələri üçün həyati əhəmiyyətli məhsullar/xidmətlər istehsal edir. Əgər onlar bu ərazilərə sanksiya tətbiq etməyə çalışsalar, Aİ-nin müvafiq dövlətləri veto qoyacaqlar.

“Financial Times”-in məlumatına görə, yeni sanksiyalar paketi üzrə qeyri-rəsmi müzakirələr aprelin 21-də başlayacaq. Onların üzərində işləyən rəsmilər bildiriblər ki, sanksiyalar, çox güman ki, şəxslərin qara siyahısını genişləndirmək və boşluqları aradan qaldırmaqla məhdudlaşacaq.

Xatırladaq ki, 2023-cü ilin fevral ayının sonunda Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini qəbul etdi. Buraya Rusiya sintetik kauçuku və bitumunun idxalına qadağa, ikili təyinatlı malların Rusiya Federasiyası ərazisindən tranzitinə qadağa, Tinkoff Bank, Alfa Bank və Rosbank-a qarşı sanksiyalar daxildir.

Aprelin 14-də Avropanın maliyyə sabitliyi üzrə komissarı Mairead McGuinness elan etdi ki, Aİ Rusiyaya qarşı on birinci sanksiyalar paketini təqdim edəcək və Moskvanın sanksiyalardan yan keçmə cəhdlərini dayandırmağa çalışacaq.

McGuinness vurğulayıb ki, Rusiyanın Avropa məhdudiyyətlərindən yan keçmək üçün "dünyadakı dostları ilə birlikdə" göstərəcəyi səyləri qiymətləndirməmək olmaz.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA