NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə gəlib.

Tezadlar.az bu barədə “Kommersant” qəzetinə istinadən xəbər verir.

Nəşr Ukrayna paytaxtının mərkəzindəki Mixaylovskaya meydanında çəkilmiş kadrları da dərc edib. Onlar Stoltenberqin münaqişədə həlak olan ukraynalıların xatirəsini necə yad etdiyini göstərir.

Stoltenberqin Ukraynaya səfəri rəsmi olaraq açıqlanmayıb.

Aprelin əvvəlində YUNESKO-nun baş direktoru Odri Azule də Kiyevə gəlib, bu barədə Ukrayna Xarici İşlər Nazirinin (XİN) müavini Emine Caparova məlumat verib.

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasının ildönümündə Polşanın baş naziri Mateuş Moravetski də Kiyevə gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA