Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır.

Tezadlar.az-ın TASS-a istinadən məlumatına görə, bunu respublikanın baş naziri Nikol Paşinyan deyib.

“Təkcə Rusiya deyil, Ermənistan da hazırdır, biz narahatlığımızı, KTMT missiyasının səmərəli olması üçün arzularımızı bildirdik ki, bu da ölkəmiz və regionumuz üçün vacibdir”, - o bildirib.

TASS xatırladır ki, 2020-ci ilin payızında Dağlıq Qarabağda vəziyyət kəskin şəkildə gərginləşib. Qoşunların təmas xəttində döyüşlər başlayıb. Ermənistan və Azərbaycan iki dəfə atəşkəs haqqında razılığa gəliblər, lakin o, pozulub. Nəticədə iki ölkənin hakimiyyəti hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlib, Rusiya danışıqlarda vasitəçi kimi çıxış edib, bundan sonra bölgəyə öz sülhməramlılarını göndərib.

Bundan əvvəl Paşinyan bəyan edib ki, İrəvan KTMT-dən “Azərbaycanın təcavüzünə aydın siyasi qiymət verilməsini”, həmçinin Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsinin qəbulunu gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA