Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ramazan bayramı ərəfəsində “Cəza çəkən, əməlindən səmimi peşman olan və islah yoluna qəti qədəm qoymuş bir qrup şəxsin əfv edilməsi haqqında” Sərəncam imzalayıb.

Sənəddə cinayət törətdiklərinə görə cəza çəkən, törətdiyi əməllərdən ürəkdən peşman olan və islah yoluna möhkəm qədəm qoymuş 541 nəfər əfv edilib.

Əfv olunanlardan 374-ü əsas cəzanı çəkməkdən tam, 110-u şərti olaraq cəza çəkməkdən azad edilib, 18 nəfərə isə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib.

Bundan başqa, 39 nəfərin azadlıqdan məhrum etmə növündə cəza müddəti azaldılıb.

Əfv olunanların 36-sı xarici dövlətlərin vətəndaşları, 136-sı qadın, 75-i 60 yaşdan yuxarı kişi, 6-sı qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş şəxslərdir.

Sərəncamla məsul nazirlik və idarələrə əfv olunmuş şəxslərin ailələrinə və yaxınlarına qaytarılması, onların sosial adaptasiyasına, faydalı əməyə cəlb edilməsinə, sağlam həyat tərzinin seçilməsinə və cəmiyyətdə layiqli yer tutmalarına köməklik göstərmək tapşırılıb.

 Qeyd edək ki, bu il Azərbaycanda da “2023-cü il “Heydər Əliyev” ili əlaqədar böyük əfv gözlənilir.

Cari ilin yanvarından bəri Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında ümumilikdə 1300-dən çox müraciətə baxıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA