“Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov bildirib ki, ukraynalı yaraqlılar Zaporojye istiqamətində kimyəvi silahdan istifadə etməyə cəhd ediblər.

Millətçilər bunu pilotsuz təyyarələrin köməyi ilə ediblər. Lakin Rusiya hərbçiləri vaxtında reaksiya verdi və mənfi nəticələrin yaranmasının qarşısını aldı.

"Döyüşçülərimiz dərhal cavab verdilər: ciddi xəsarət alan olmayıb, bir hərbçi kimyəvi yanıq alıb", - Roqov Telegram kanalında bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin (USQ) təkrar oxşar cəhdi zamanı hərbçilərimizin cəbhə xəttinə kimyəvi mühafizə dəstləri çatdırılıb”, - deyə Roqov yekunlaşdırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA