Ukrayna prezidenti Vladimir Zelenski Rusiya, onun görməli yerləri və ya tarixi hadisələri ilə əlaqəli coğrafi obyektlərə adların verilməsini qadağan edən “dekolonizasiya haqqında” qanunu imzalayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ali Radanın saytının məlumatında deyilir.

Ukrayna parlamenti qanunu martın 21-də qəbul edib. Radanın deputatı Oleksiy Qonçarenkonun bildirdiyinə görə, sənədə əsasən, Rusiyanı və ya onun görməli yerlərini, yaddaqalan, tarixi-mədəni yerlərini, şəhərlərini, tarixlərini, tarixlərini ucaldan, əbədiləşdirən, təbliğ edən və ya simvollaşdıran coğrafi obyektlərə adların verilməsi qadağandır. Onun sözlərinə görə, qadağa “Ukraynaya qarşı təcavüz edən” və ya “müxalifət üzvlərini təqib edən” şəxslərə də şamil edilir.

Ukraynada Rusiya və SSRİ ilə bağlı abidələrə və topoqrafik adlara qarşı mübarizə 2015-ci ildən, yəni dekommunizasiya haqqında “qondarma” qanunun qəbul edildiyi vaxtdan davam edir. Səkkiz il ərzində Ukrayna hakimiyyəti 900-dən çox yaşayış məntəqəsinin və 50 minə yaxın küçənin adını dəyişib. Son vaxtlar Ukrayna hakimiyyəti bu kampaniyanı gücləndirib. Bütün ölkədə abidələr sökülür, rus və sovet yazıçılarının, rəssamlarının, alimlərinin, səyyahlarının adlarını daşıyan küçələrin adları dəyişdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA