Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Pekin bütün keçmiş Sovet respublikalarının suverenliyinə hörmət edir və Krımla bağlı mövqeyini dəyişmir.

O, Çinin Fransadakı səfiri Lou Şayenin Krımın əslən rus olduğunu söyləyən sözlərini şərh edib.

"Çin bütün ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edir və BMT Nizamnaməsinin məqsəd və prinsiplərini müdafiə edir", - Mao Ninq bildirib.

O, Çinin Ukrayna məsələsində mövqeyinin “aydın və ardıcıl” olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pekin Ukraynadakı böhranın həllinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirməyə hazırdır.

Xatırladaq ki, daha əvvəl Çinin Fransadakı səfiri Krımın tarixən rus olduğunu bildirmişdi. O qeyd edib ki, keçmiş SSRİ ölkələrinin beynəlxalq hüquqa görə faktiki statusu yoxdur, çünki onların suveren dövlət statusunu müəyyən edən belə bir müqavilə yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA