Fransada Makronun yenidən prezident seçilməsinin ildönümü minlərlə insanın yeni etirazları ilə qarşılanıb. Bütün ölkədə, o cümlədən Parisdə kortəbii mitinqlər keçirilib.

Tezadlar.az xəbər verir ki, insanlar meydanlarda və meriyanın qarşısında “Makron, istefa”” şüarları səsləndiriblər. Nümayişçilər Fransanın təhsil nazirinin gecə saatlarında iş səfərindən gəldiyi paytaxtın dəmir yolu vağzalına da soxulublar. O, şəxsən iddia irəli sürmək istəyib. Lakin polis kütləni platformadan güclə geri itələyib.

Renn, Marsel, Strasburq və digər şəhərlərdə də Makrona qarşı mitinqlər keçirilib. Lionda prezidentin siyasəti ilə razılaşmayanlar təhlükəsizlik qüvvələrinə fişənglər atıblar.

Xatırladaq ki, Makronun populyarlıq reytinqi ölkədə pensiya islahatları fonunda rekord səviyyəyə – 26%-ə düşüb. Fransızlar ölkədə pensiya yaşının artırılması və qiymətlərin artması ilə bağlı narazılıqlarını bildirmək üçün etiraz aksiyalarına çıxırlar. Etirazçılar hətta Kann Film Festivalını bağlamaqla hədələyiblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA